Marin Lö Pen:

Fransada prezident seçkiləri öncəsi təbliğat kampaniyaları davam edir.

Metbuat.az-ın məlumatına görə, Milli Frontdan namizədliyini irəli sürən Marin Lö Pen seçicilərinin qarşısına çıxıb. Miqrasiya siyasətinə və iqtisadi reformlara görə Olland hökumətini tənqid edən 48 yaşlı siyasətçi anketlərdə irəlidə olmasını isə belə şərh edib:

"Qələbə parfümü"nün qoxusunu hiss edirəm. Artıq zəfər yaxındır".

Son anketlərin nəticələrinə əsasən, Marin Lö Pen liderdir. Onunla "En Marche!" partiyasının namizədi Emmanuel Makron arasında cüzi fərq var.

Qeyd edək ki, Fransada növbəti prezident seçkiləri aprel ayının 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR