Çempionlar Liqası: "Monako" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, günün maraqla gözlənilən matçında "Monako" "Mançester Siti"ni qəbul edib. İlk görüşdə rəqibinə 3:5 hesabı ilə uduzan knyazlıq klubu çətin tapşırığın öhdəsindən gələrək mərhələ adlayıb.

Əvvəlcə 8-ci dəqiqədə Mbappe hesabı açıb. Birinci hissənin ortalarında Fabinyo fərqi artırıb. "Mançester Siti" 71-ci dəqiqədə Sanenin vurduğu qolla ümidlənsə də, "Monako"nun cavabı gecikməyib. Cəmi 6 dəqiqə sonra fərqlənən Bakayoko "Monako"nu 1/4 finala daşıyıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunu

"Monako" - "Mançester Siti" - 3:1

Qollar: Mbappe, 8, Fabinyo, 29, Bakayoko, 77 - Sane, 71

İlk görüş: 3:5


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR