ABŞ milli kəşfiyyatının yeni direktoru məlum oldu

ABŞ milli kəşfiyyatının yeni direktoru məlum oldu
03:48 16 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Senatı martın 15-də keçirilən iclasında Dan Koutsu milli kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib.

Publika.az xəbər verir ki, qərarı 85 senator dəstəkləyib, 12-si bunun əleyhinə çıxıb.

Kouts 1980-ci ildən ABŞ Konqresində, əvvəlcə Nümayəndələr Palatasında, sonra isə Senatda İndiana ştatını təmsil edib. 2001-2005-ci illərdə o, ABŞ-ın Almaniyadakı səfiri işləyib.

Milli kəşfiyyatın yeni direktoru anti-Rusiya sanksiyalarının qızğın tərəfdarıdır. 2014-cü ildən onun Rusiya ərazisinə girişi qadağan edilib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR