Messidən çağırış: Müharibələrə son qoyun!

Messidən çağırış: Müharibələrə son qoyun!
04:38 16 Mart 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi humanist çağırışla çıxış edib.

Publika.az xəbər verir ki, ulduz futbolçu şəxsi feysbuk səhifəsi vasitəsilə Suriya müharibəsinə diqqət çəkib.

“Bir günlük müharibə belə kifayət qədər ağırdır. Suriyalı uşaqlar isə artıq 6 ildir ki, ağır və şiddətli savaşların mərkəzində əsir qalıblar. Bir ata kimi və UNİCEF-in səfiri kimi bu, mənim ürəyimi ağrıdır. Hər birinizdən xahiş edirəm ki, müharibələrə son qoymaq üçün UNİCEF-ə öz səsinizi yollayın”.

Qeyd edək ki, dekabrda La Liqanın başqa ulduzu Kristiano Ronaldo da müharibədən əziyyət çəkən suriyalı uşaqlarla bağlı videomüraciət etmişdi. (apasport)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR