Samsung innovativ televizorların satışına başlayır

Samsung innovativ televizorların satışına başlayır
07:22 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

Artıq cari ilin yazında "Samsung" şirkəti innovativ texnologiya ilə təchiz edilmiş yeni televizorlarını satışa çıxaracaq. "Verband Deutscher Elektrotechniker" sertifikatı əsasında əminliklə söyləmək olar ki, yeni televizor rəng çalarlarının ötürülməsi üzrə 100%-lik dəqiqliyə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin yeni televizorlarında yeni ekran matrisi sayəsində yüksək keyfiyyətli şəkil əlçatandır. İndi kvant nöqtələri qara rəngi çox dəqiqliklə ötürür. Metaldan hazırlanmış nanozərrəciklər rəng verilişini yüksək səviyyədə həyata keçirməyə kömək edir. Yeni televizorun parlaqlıq göstəricisi 2 min nitdir. Unikal qurğunun qiyməti haqda hələ məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR