Niderlandda parlament seçkilərinin ilkin nəticələri açıqlandı

Niderlandda parlament seçkilərinin ilkin nəticələri açıqlandı
08:13 16 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandda martın 16-da keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

Publika.az xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə baş nazir Mark Rüttenin rəhbərlik etdiyi "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq" partiyası qalib gəlir. Partiya 150 yerlik parlamentdə 31 mandat qazanıb.

Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq", həmçinin “Xristian-Demokrat Çağırışı” partiyası və “Demokratlar-66” bloku hərəyə 19 mandat qazana biliblər.

Qeyd edək ki, Niderland parlamentinin aşağı palatası 150 deputatdan ibarətdir. Ölkədə hökumət parlament çoxluğu tərəfindən formalaşdırılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR