Sosial şəbəkədə like toplayan virus proqramları yayılır

Sosial şəbəkədə like toplayan virus proqramları yayılır
08:17 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kibercinayətkarlar "İnstagram"da 1,5 milyon istifadəçinin səhifəsinə giriş əldə ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Google Play" onlayn mağazası "İnstagram" sosial şəbəkəsində like toplamaq adı ilə istifadəçilərin şifrələrini oğurlayan zərərverici proqramlar aşkarlayıb.
 
"Eset" antivirus şirkəti hesablayıb ki, ən azı bir milyondan artıq "İnstagram" istifadəçisi bu cür proqram əlavələrinin qurbanı olub. Bu virus proqramları şifrələri qarətçilərə göndərir, onlar isə sonradan istifadəçilərin akkauntlarını digər sosial şəbəkə müştərilərinə like və reytinq toplamaq üçün istifadə ediblər.  
 
Mütəxəssislər istifadəçilərə, xüsusilə də like toplamaq üçün əlavə proqramlar yükləmiş sosial şəbəkə istifadəçilərinə məsləhət görür ki, öz şifrələrini yeniləsinlər. Həmçinin, cəlbedici şərtlər təklif edən proqramları yükləyən zaman daha diqqətli olmaq məsləhət görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR