1.5 milyon istifadəçinin Instagram hesabı təhlükədə

1.5 milyon istifadəçinin Instagram hesabı təhlükədə
08:22 16 Mart 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

"ESET" şirkətinin ekspertləri tərəfindən "Instagram" hesablarından loqin və parolları ələ keçirən 13 proqram aşkar edilib. Cinayətkarlar iddia edirdilər ki, bu proqramlar sosial şəbəkədə abunəçi, layk və şərhlərin sayını artıracaq.

İstifadəçilər "Instagram" hesabının sürətli tanıdılması ümidi ilə sözügedən proqramları yükləyiblər. Bundan sonra heç nədən şübhələnmədən proqramdakı formaya öz loqin və parollarını daxil ediblər. Məlumatlar sadə mətn şəklində hakerlərin serverlərinə göndərilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, virus "Android/Spy.Inazigram" kimi təyin edilib.

Bundan sonra proqram hesaba giriş vaxtı səhv haqda məlumat göstərib. Belə ki, "Instagram" hesab sahiblərini icazəsiz giriş cəhdləri haqda  xəbərdar edir.

Ekspertlərin məlumatına görə, "Instagram"da hesabların tanıdılması xidməti ilə məşğul olan saytların sahibləri bu proqramlardan istifadə ediblər. Müdaxilə edilmiş hesablar üzərindən spam göndərilib, həmçinin abunəçilər "paket"i, layk və şərhlər satılıb.

Hazırda sözügedən proqramlar "Google Play" mobil tətbiqlər mağazasından silinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR