Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu
08:27 16 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı sabiq senator Deniyel Koutsu (Dan Coats) Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Senatda keçirilən səsvermə nəticəsində 73 yaşlı D.Kouts bu vəzifəni tutub. Kouts on ildən çox Senat üzvü olub.

Ondan əvvəl isə dörd il Nümayəndələr Palatasının üzvü olub. Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü vəzifəsini də daşıyıb. O, kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri olub.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla, ABŞ-ın 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR