Trampdan kəşfiyyata PUA icazəsi

Trampdan kəşfiyyata PUA icazəsi
08:57 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) pilotsuz uçuş aparatları vasitəsilə terrorçulara zərbə endirməsinə icazə verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Barak Obama dövründə CİA pilotsuz uçuş aparatlarından yalnız terrorçuların yerini müəyyənləşdirmək üçün istifadə edə bilirdi. Terrorçulara zərbə endirmək səlahiyyəti yalnız orduya məxsus idi.
 
Lakin Tramp vəzifəsinin icrasına başladıqdan sonra CİA özü müstəqil əməliyyatlar keçirmək hüququ əldə edib.
 
CİA fevralın sonlarında bu səlahiyyətindən yararlanaraq Suriyada "Əl-Qaida"nın liderlərindən biri olan Əbu əl-Heyra əl-Məsrini məhv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/526111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR