Həbsxanada qiyam - Yaralananlar var

Həbsxanada qiyam - Yaralananlar var
09:03 16 Mart 2017
185 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da həbsxanada qiyam baş verib.

Publika.az xəbər verir ki, insident Syuzanvill şəhərində (Kaliforniya ştatı) qeydə alınıb.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb. Məlumata görə, həbsxananın yeməkxanasında dustaqlardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhkum digər həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis və nəzarətçilər qiyamçılara qarşı bibər qazından istifadə etməyə məcbur olub. Qiyam polislər tərəfindən yatırılıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR