"İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq"

"İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq"
09:17 16 Mart 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Fransa-Azərbaycan əlaqələri bir neçə parametr üzrə olduqca böyük əhəmiyyət kəsb edir: "Birincisi ona görə ki, Fransa Avropanın iki lokomotiv dövlətindən biridir. Fransa Avropa qitəsində xüsusi çəkiyə malikdir. Ona görə də bizim Fransa ilə əməkdaşlığımız həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq. Avropa İttifaqı ilə Azərbaycanın Cənub Qaz Dəhlizində ciddi əlaqələri qurulub. Bu baxımdan da bu səfər çox əhəmiyyətlidir. Bununla yanaşı, bu səfər iqtisadi-ticari, humanitar və kənd təsərrüfatı, kosmik sənaye və digər sahələrdə əməkdaşlığın genişlənməsində yeni imkanlar açır".

E.Nəsirov bildirib ki, səfər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün mühüm rol oynaya bilər: "Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz bu münaqişənin həlli ilə bağlı Fransanın bir neçə dəfə fəal iştirakının şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyev Fransada əksər görüşlərində münaqişənin həllinə toxundu və bu prosesdə Ermənistanın danışıqlar prosesindən yayındığını, hələ ki buna nail olduğunu da diqqətə çatdırdı.

Ümumilikdə hesab edirəm ki, dövlət başçısının səfəri Fransa-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar açacaq və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə xidmət edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR