Milli.az xəbər verir ki, Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya yeni şeir yazıb.
Şeir Fikrət Qocanın şair dostuQəşəm Nəcəfzadə tərəfindən sosial şəbəkədə paylaşılıb.
Milli.Az şeiri sizə təqdim edir:
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?...
Milli.Az