Qardaş qardaşını bıçaqladı - Abşeronda

Qardaş qardaşını bıçaqladı - Abşeronda
10:12 16 Mart 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda qardaş qardaşını bıçaqlayaraq qaçıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmmədi kəndində baş verib. 
Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub. 
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR