250 qramdan artıq olanını dövlət kiçildir - Sinə əməliyyatı

250 qramdan artıq olanını dövlət kiçildir - Sinə əməliyyatı
10:27 16 Mart 2017
383 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə Antalya xəstəxanasının dosenti Dilek Şenen son 4-5 ildir SGK (İctimai Təhlükəsizlik Qurumu) tərəfindən həyata keçirilən sinə kiçiltmə əməliyyatları ilə bağlı açıqlama verib. 

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, SGK-nın ödəmə əhatəsinə aldığı sinə kiçiltmə əməliyyatları ilə əlaqədar məlumat verən Antalya Təlim Xəstəxanasından dosent Dilek Şenen "Əməliyyata 3 həkimdən ibarət qurum qərar verir" deyib.

O bildirib ki, qadının sinəsinin iri olması onun üçün problem yaradırsa, ağırlıq səbəbindən dərisində izlər əmələ gəlirsə, bunu görüb, əməliyyat barədə qərar verilir.

"Sinədən çıxarılan ət parçası 250 qramdan çox isə bu, orta ölçülü sinə, 250 - 1200 qram arasındadırsa, böyük ölçülü sinə hesab olunur. Lakin qadından qadına fərq var".

Dilek Şenenin söylədiyinə görə, bu quruma müraciət edənlər arasında sinə böyüklüyündən əziyyət çəkən kişilər də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR