Sumqayıtda müəllim niyə intihar etdi? - TƏFƏRRÜAT - FOTO

Sumqayıtda müəllim niyə intihar etdi? - TƏFƏRRÜAT - FOTO
11:05 16 Mart 2017
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 14-də axşam saatlarında Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Belə ki, 59 yaşlı Sumqayıt şəhər sakini Adıgözəlov Sabir Dadaş oğlu 38 saylı orta məktəbin həyətində özünü asıb.

Milli.Az xəbər verir ki, xeberle.com-a S.Adıgözəlovun intiharının bəzi təfərrüatları məlum olub. Yaxınlarınının verdiyi məlumata görə, 59 yaşlı müəllim 20 il idi ki, ailəsindən ayrılaraq tək yaşayırmış. Onun tənha yaşamağı sağlamlığına, xüsusilə də əsəb sisteminə mənfi təsir göstərib. Sabir Adıgözəlovun  psixi problemləri yaranıb. O, dəfələrlə özünü öldürməyə cəhd edib. Son anda yaxınları onu ölümdən qurtarıb. Sonuncu dəfə - bu ilin martın 10-da Sabir dərman içərək canına qəsd etmək istəyib. Bu dəfə yaxınları vaxtında ona mane ola biliblər.

Sözügedən şəxsi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Sabirin mədəsi burada yuyulub və onun həyati təhlükəsi sovuşub.
Martın 14-də, axşam saatlarında isə Sabir özünü öldürmək istəyini reallaşdırıb. Bu dəfə yaxınları onu ölümdən qurtara bilməyiblər. Belə ki o, axşam saatlarında xəstəxanadan döşəkağını götürərək qaçıb. Yaxınlıqda 38 saylı məktəb olduğundan mərhum təhsil müəssisəsinin həyətinə gələrək metal borudan döşəkağı ilə özünü asıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Uzun müddətdir cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərən S.Adıgözəlov Sumqayıt idmanının yetirməsi və ötən il XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanan Rövşən Səfərovun ilk müəllimi olub. Xatırladaq ki, tələbəsinin bu uğuruna görə S. Adıgözəlov ötən ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR