İntihar edən gənc yazar doğulduğu rayonda dəfn olunacaq - YENİLƏNİB

İntihar edən gənc yazar doğulduğu rayonda dəfn olunacaq  - YENİLƏNİB
11:14 16 Mart 2017
287 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən gecə intihar etmiş gənc yazar Mövlud Mövludun cənazəsi morqdan çıxarılıb və dəfn olunmaq üçün doğulduğu Qazax rayonuna aparılıb. Bu barədə Lent.az-a mərhumun yaxınları xəbər verib.

 

***

10:12

 

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR