"Barselona" yeni Neymarını tapdı - MƏBLƏĞ

"Barselona" yeni Neymarını tapdı -   MƏBLƏĞ
11:27 16 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" yay transfer dönəmi üçün ilk hədəfini müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Flamenqo"nun gənc ulduzu Vinikius Junioru heyətinə qatmağı planlaşdırır.


İddiaya görə, "Barselona" rəsmiləri artıq 16 yaşlı futbolçu üçün klubu ilə ilk görüşü keçirib. İngiltərə klublarının da maraq dairəsində olan forvarda görə "Flamenqo" 30 milyon avro tələb edir. "Barselona" isə bu məbləği bir qədər aşağı salmağa çalışır.


Qeyd edək ki, "Yeni Neymar" adlandırılan futbolçu ötən yay Çilidə keçrilən 17 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatında 5 qol vuraraq "Pichichi" mükafatına sahib çıxıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-yeni-neymarn-tapd-t56952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR