"Niyə?"nin qalasına kimlər gəldi? - FOTO

"Niyə?"nin qalasına kimlər gəldi? - FOTO
11:42 16 Mart 2017
167 Şou
Ölkə mətbuatı
A- A+

Aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevin rol aldığı "Niyə?" filminin qala gecəsi baş tutub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, komediya janrında olan film "Xəzər Media Centər"in dəstəyi ilə ərsəyə gəlib. 

"Park Cinema Flame Towers"də baş tutan tədbirə sənət aləminin tanınmış simaları, aparıcılar qatılıblar. 

Baş rol ifaçıları F.Xudaverdiyev və M.Şahverdiyev media nümayəndələrinin suallarını cavablandırıblar. Aktyorlar bildiriblər ki, filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inanırlar. Fərda və Müşviq bu ekran işində 10 il fasilədən sonra yenidən bir araya gəldiklərini deyiblər. 

Ekran işinin baş prodüseri Coşqun Vəliyev, ssenarini müəllifi Fərda Xudaverdiyev, quruluşçu rejissoru Ruslan Hüseynov, rejissoru Anar Almazovdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




































Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/526646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR