Hadisənin şahidi: "Mən Mövludun intiharını gördüm"

Hadisənin şahidi: "Mən Mövludun intiharını gördüm"
11:52 16 Mart 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən Mövludun intiharının şahidi olmuşam.

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a hadisənin şahidi deyib.

Onun sözlərinə görə gecə blokda siqaret çəkirmiş: "Birdən tappıltı səsi eşitdim. Qarovulçu sürətlə səs gələn tərəfə qaçıb. Mən də heyrətləndim ki, axı nəyə görə qarovulçu belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim.

Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı. Görünür, intihar etmək üçün bura gəlibmiş. Səhər xəbərlərdə onun Mövlud Abdullayev olduğunu gördüm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR