2 klub, millimizin sabiq üzvləri, hakim futbolundan qovuldu - AFFA-dan şok qərarlar

2 klub, millimizin sabiq üzvləri, hakim futbolundan qovuldu -   AFFA-dan şok qərarlar
12:07 16 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.


Fanat.Az xəbər verir ki, UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:


Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:


“Şahdağ” (Qusar)


İqrar Səmədov

Uce Cukenyere


“Rəvan” (Bakı)


Elvin Əliyev

Cəmşid Məhərrəmov


“Göyəzən” (Qazax)


Arzuman Vəliyev

Tunar Şahtaxtinski


“Energetik” (Mingəçevir)


Elvin Əlizadə

Kamran Lalayev

Ruslan Həmidov


Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın.


Hər iki klub I Divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.


I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.


Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilsin.


“Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-2-klub-millimizin-sabiq-uzvlri-hakim-futbolundan-qovuldu-t56955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR