Sarkisyanla müdafiə naziri arasında ziddiyyət

Sarkisyanla müdafiə naziri arasında ziddiyyət
12:17 16 Mart 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Vigen Sarkisyan kifayət qədər ziddiyyətli bəyanatlar verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Vigen Sarkisyan "Valdes klubu"nun iclasında çıxışı zamanı bildirib ki, biz Rusiya və NATO arasında əlaqələndirici vasitə ola bilərik.

Lakin Ermənistan prezidenti Serj Sarkisyan isə İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində eyni mövzu barədə tam fərqli fikirlər səsləndirib.

"Biz balaca ölkəyik. Və bizim Rusiya ilə Qərb arasında körpü ola biləcəyimiz barədə danışmaq mübaliğə olardı. Beləliklə, biz Qərb və Rusiya münasibətlərində əlavə problemlər yaratmamağın üzərində işləyirik". 

Nəşr daha sonra qeyd edib: "Diqqət yetirin, mühüm məsələ üzrə əsas vəzifəli şəxslərin ziddiyyətli bəyanatları hökumət daxilində mövcud vəziyyətin ən yaxşı sübutudur. Onların arasında ən mühüm məsələ üzrə vahid mövqe yoxdur. Bundan başqa, komponentdə təhlükəsizlik məsələsinə dair vahid mövqe yoxdur. Və bütün bunlar olandan sonra hakim "Respublika" partiyasının parlament seçkilərində "Təhlükəsizlik və Tərəqqi" şüarı təqdim etməsi qəribədir və sual doğurur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR