Azarkeşləri və futbolçuları "Neftçi"ni ziyana saldı

Azarkeşləri və futbolçuları "Neftçi"ni ziyana saldı
12:17 16 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


Premyer Liqanın “Neftçi” - “Qəbələ” matçının 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunub. Bu səbəbdən klub 800 manat cərimələnib.


"Neftçi"nin əvəzedici komandası da klubu ziyana salıb. Belə ki, komandanın 5 üzvü "Qəbələ" ilə oyunda sarı vərəqə alıb və AFFA 400 manat cərimə kəsib.


"Sumqayıt"ın əvəzediciləri isə 4 futbolçu sarı vərəqə aldığından eyni məbləğdə cərimə ödəyəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarkelri-v-futbolcular-quotneftciquotni-ziyana-sald-t56956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR