Prezident: "Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir"

Prezident: "Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir"
12:18 16 Mart 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. Bu, ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında da təsdiqini tapıb.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrində, qərarlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin qəbulundan 25 il keçir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar ərzində yerinə yetirilir. Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər.

Prezident diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törədib, torpaqlarımızı işğal edib. Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdırlar. Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir. Biz münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR