"Azərbaycan iqtisadiyyatı ötən illərdə ciddi şəkildə dəyişib"

"Azərbaycan iqtisadiyyatı ötən illərdə ciddi şəkildə dəyişib"
12:27 16 Mart 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm bə tədqiqatların rolu" adlı panel müzakirə keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirilmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri aclıqdır: "Hətta bəzi ölkələrdə insanlar nəinki qida tapmaq uğrunda mübarizə aparırlar, bu qidanın hansısa ölkədən gəlməsini gözləyirlər. Dünyada gündəlik 1-1,5 dollara yaşayan insanların sayı kifayət qədər çoxdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya əhalisinin 1 faizinin malik olduğu sərvətlər qalan 99 faizin sərvətləri qədərdir. Bu, bəşəriyyəti düşündürən məsələdir. Dünyada elə ölkələr var ki, orada insanların ömrünün uzunluğu 50 ildir, inkişaf etmiş ölkələrdə isə ömür uzunluğu 80 ili keçib. Bu da bəşəriyyəti düşündürən məsələdir".

Azərbaycan iqtisadiyyatının ötən illərdə ciddi şəkildə dəyişdiyini bildirən Ə.Əhmədov deyib ki, bu, insanların həyat şəraitinə də təsir göstərib. Qarşıda duran məsələlərdən biri iqtisadiyyatımızı daha da inkişaf etdirmək və beynəlxalq birliyin səylərinə qoşularaq ona töhfələr verməkdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, elmin cəmiyyətə töhfəsini yüksək qiymətləndirirlər. Elmin unikal məqsədlərindən istifadə edərək qlobal məqsədlərə nail olmalıyıq. Yoxsulluğun aradan qaldırılması baxımından elm böyük əhəmiyyət kəsb edir.

Q.İshaqzai deyib ki, hər bir inkişafın kökündə elmi dayaqlar dayanır. Onun sözlərinə görə, Azərbaycanda da dayanıqlı inkişafın təmin edilməsində elm mühüm rol oynayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR