AFFA 2 klubu çempionatdan kənarlaşdırdı

AFFA 2 klubu çempionatdan kənarlaşdırdı
12:28 16 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının yekunu olaraq, qərarlarını açıqlayıb.

Qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq çıxarılıb.

“Danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/2017 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:

Şahdağ (Qusar)

1. İqrar Səmədov

2. Uce Cukenyere

Rəvan (Bakı)

1. Elvin Əliyev

2. Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

1. Arzuman Vəliyev

2. Tunar Şahtaxtinski

Energetik (Mingəçevir)

1. Elvin Əlizadə

2. Kamran Lalayev

3. Ruslan Həmidov

- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.

- Hər iki klub I divizionda oyunların 50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.

- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.

- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR