Bu formul insanları ölməyə qoymur

Texnologiayının həddən-ziyadə inkişaf etməsi elmi-fantastik ədəbiyyatlardakı "ölümsüzlük" mövzusunu bir daha araşdırmağa sövq edir.

Metbuat.az bildirir ki, rusiyalı milyarder Dmitri İtskov uzun illərdir ölümsüzlüyün formulunu tapmaq üçün külli miqdarda vəsait ayırıb. Tibbi cəhətdən mümkünsüz görünən bu anlayış bir sıra texnoloji yeniliklərlə reallaşdırıla bilər.

Dmitri İtskov 2011-ci ildə başlatdığı "2045 Initiative" adlı layihəsində şərti olaraq "Avatar" adlandırdığı insanın xüsusi texnologiya nəticəsində robota çevrilməsini, bununla da ölümsüzlüyün həllinin tapılacağını güman edir. Laihəni bir neçə mərhələyə bölən milyarder, onu "Avatar A", "Avatar B", "Avatar C" və "Avatar D" adlandırıb.

Beləliklə, yaxın müddət ərzində insanların əbədi yaşamasının təmin olunacağı iddia edilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR