“WhatsApp” və “Telegram” kliyentlərinin onlayn versiyasında boşluq tapılıb

12:35 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Check Point” şirkəti “WhatsApp” və “Telegram” kliyentlərinin onlayn versiyasında aşkar edilmiş boşluq haqda məlumat verib.

Hakerlər qurbana adi şəkildən seçilməyən zərərverici kod göndərirlər. Şəkli açarkən işə düşən alqoritm hakerə qurbanın hesabına tam giriş əldə etməyə imkan verir: yazışma, şəkil, video və bütün fayllar açılır. Bundan sonra qurbanın kontaktlarına virusu göndərmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bu problem yalnız “WhatsApp” və “Telegram” kliyentlərinin veb versiyasında aşkar edilib. Sözügedən messencerlərin mobil tətbiqlərində boşluq yoxdur. “Check Point” şirkətinin mütəxəssisləri artıq messencerlərin yaradıcılarına xəbərdarlıq ediblər və onlar operativ şəkildə problemi həll ediblər. Narahatçılığa heç bir əsas yoxdur, amma tanımadığınız kontaktlardan göndərilmiş faylları açmağı məsləhət görmürük.

Mesajların şifrlənməsi boşluğun səbəbidir. Belə ki, yazışmanın yalnız çat iştirakçıları üçün açıq formada əlçatan olması səbəbindən faylları yoxlamaq qeyri-mümkün olub. İndi bütün göndərilən məzmun şifrləmədən öncə yoxlanılaraq zərərverici fayllar bloklanır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46690-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR