Az qala komanda yoldaşını öldürəcəkdi

Az qala komanda yoldaşını öldürəcəkdi
12:37 16 Mart 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

"Atletik"in düşərgəsində qorxulu anlar yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın qapıçısı Aleks Ramiro ölümdən dönüb.

Maraqlıdı ki, hadisə bilbaoluların məşqi zamanı baş verib. Belə ki, hücumçu İnyaki Uilyamsın qüvvətli zərbəsi zamanı top gənc qolkiperin başına tuş gəlib. Yerə yıxılaraq huşunu itirən Ramiroya ilkin tibbi müdaxiləni klubun həkimləri ediblər. Dərhal xəstəxanaya aparılan qapıçının beyin travması keçirdiyi məlum olub. Futbolçular da məşqi yarımçıq qoyaraq, xəstəxanaya yollanıblar.
 
Qeyd edək ki, Aleks Ramiro "Atletik"in 3-cü qapıçısıdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR