"Qlobal Bakı Forumu müasir çağırışları səmimi ab-havada müzakirə etməyə imkan verəcək"

"Qlobal Bakı Forumu müasir çağırışları səmimi ab-havada müzakirə etməyə imkan verəcək"
12:42 16 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

V Qlobal Bakı Forumunun əsas müzakirə mövzusu beynəlxalq gündəlikdə qüvvələr balansıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa forumun açılışında deyib.

Həmsədr bildirib ki, Qlobal Bakı Forumu müasir çağırışları səmimi və xeyirxah ab-havada müzakirə etməyə imkan verəcək.

V.Vike-Freyberqa qeyd edib ki, Azərbaycanın regionda uğurlu geostrateji planlaşdırma tarixinə, enerji resurslarına və yeni nəqliyyat layihələrinə malik olması ölkəyə öz baxış və ənənələrini saxlamağa kömək edir.

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR