Fərda Xudaverdiyevin yeni filmi təqdim olundu - FOTOLAR

Fərda Xudaverdiyevin yeni filmi təqdim olundu - FOTOLAR
13:03 16 Mart 2017
253 Şou
Ölkə mətbuatı
A- A+

Dünən "Flame Towers Cinema"da "Niyə" komediya filminin qala gecəsi baş tutub.

Publika.az xəbər verir ki, filmdə baş rolları aktyorlar Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev canlandırıb.

İllər sonra Müşfiqlə bir araya gələn Fərda Xudaverdiyev film haqqında təəssüratlarını bölüşüb: "Nəhayət ki, 10 ildən sonra birlikdə filmə çəkildik. Biz Müşfiqlə bir çox səhnələri bölüşmüşük. İllər əvvəl "Niyə" adlı layihəmiz vardı. Bizi yenidən bir arada görmək istədilər. Ssenarini yazdım və Müşfiqlə birlikdə oynadıq".

Fərda filmdən əldə etdiyi qonorarın qanedici olduğunu deyib: "Qonarar dünya standartlarından çox-çox aşağı olsa da məni qane etdi. İşimizi sevə-sevə görürük. Mən və Müşfiq o qədər pulsuz işləmişik ki, indi cücərməyə başlamışıq".

Fərda Xudaverdiyev "Niyə"-nin digər filmlərdən əsas fərqi daha gülməli olmasıdır: "Son sözü əlbəttə ki, tamaşaçı deyəcək,. Lakin bütün sağlam tənqidləri eşitməyə də hazırıq"

Müşfiq Şahverdiyev isə filmin uğur qazanacağını vurğulayıb: "Filmdə çoxlu zarafatlar var. Çox uğurlu alınıb. Fərda ilə 2003-cü ildə eyni səhnəni bölüşmüşük, 2007-ci ildə isə film çəkmişik. Bu sektorda bir çox insanlar bizim dostlarımızdır. Bundan sonra da filmlərin çəkilişini davam etdirəcəyik. Biz bir-birimizin uğuruna sevinirik. Amma sağlam rəqabət deyilən bir anlayış var. Təbii ki, bizim filmlərimizin digərlərindən daha baxımlı, gülməli və keyfiyyətinin daha yaxşı olmasını istəyirik. Tamaşaçı Fərda və Müşfiqi qəbul edib və sevib. Biz səhnədə yeganə aktyoruq ki, bir-birimizi başa düşürük".














Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/191576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR