Azərbaycan Beynəlxalq Bankında YENİ TƏYİNATLAR

Azərbaycan Beynəlxalq Bankında YENİ TƏYİNATLAR
13:05 16 Mart 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının menecment komandasına daha 2 yeni şəxs qoşulub. Emil Qədimov Bankın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Bildirilir ki, bu vəzifədə o, filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş E.Qədimov bank sektorunda 2003-cü ildən fəaliyyət göstərir. "Unibank" ASC-də, "Bank Standard" QSC-də, "NikoilBank" ASC-də müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər Azərbaycan Beynəlxalq Bankının Səbail filialının müdiri vəzifəsini müvəqqəti icra edib.

Elvin Məmmədov isə Bankın Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş E.Məmmədov bank sektorunda 2006-cı ildən çalışır. "Bank of Baku" ASC-də, "Unibank" ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Son təyinata qədər "AzərTürk Bank" ASC-nin Problemli kreditlər departamentinin direktor müavini olub. O, Azərbaycan Beynəlxalq Bankının Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə Bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR