Barak Obama siyasətə qayıdır - FOTO

Barak Obama siyasətə qayıdır - FOTO
13:32 16 Mart 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq prezidenti Barak Obama böyük siyasətə qayıtmaq niyyətindədir. Bu barədə Birləşmiş Ştatların keçmiş baş prokuroru Erik Holder məlumat verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Barak Obama və Demokrat Partiyanın digər məşhur funksionerləri ştatlar səviyyəsində qanunverici strukturlara seçkilərə qatılmaq niyyətindədir.

Demokratların indi başlıca məqsədi Konqresdəki mövqelərini möhkəmlətmək və bu minvalla ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasətə müqavimət göstərməkdir.

Barak Obama isə xanımı Mişellə birlikdə Havay arxipelaqındakı Aloha adasında istirahət edir.

Onlar dünən Oahu adasındakı Lankay şəhərində yerləşən məşhur "Buzz's Lanikai Steak House" restoranına yollanaraq şam yeməyi yeyiblər.

Srağagünsə Barak Obama dünyanın ən zəngin iş adamlarından biri, "Berkshire Hathaway" investisiya fondunun sahibi Uorren Baffetlə "Happy Country Country Club" restoranında nahar edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR