I Şopinq Festivalında Azərbaycan vətəndaşlarına da "taxi free" sistemi tətbiq ediləcək

I Şopinq Festivalında Azərbaycan vətəndaşlarına da "taxi free" sistemi tətbiq ediləcək
13:32 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalı zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "taxi free" sistemi tətbiq ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, festival bir ay davam edəcək: "Ümidvaram ki, festival uğurla başa çatdırılacaq. Festivalın məqsədi nəinki xaricdən Azərbaycana gələn turist axınının çoxalmasından ibarətdir, bu eyni zamanda Azərbaycanda daxili turizmin inkişafına və daxili ticari sistemin təıkmilləşdirilməsinə böyük takan verəcək bir sistemdir. Bu sistem istər-istəməz Azərbaycanın müxtəlif yerlərində tətbiq olunacaq. Şopinq zamanı Azərbaycanda "taxi free" sistemi tətbiq olunacaq. Bildiyiniz kimi, "taxi free" sistemi xaricdən gələn şəxslərə tətbiq olunur ki, səyahətə gedərkən xərclədiyi pulun müəyyən bir məbləğini bərpa edir".

Nazir qeyd edib ki, ilk dəfə olaraq bu festival zamanı Azərbaycan vətəndaşları üçün də bu sistem tətbiq olunacaq:

"Bu heç bir ölkədə yoxdur. Bu cənab prezidentin təstiq etdiyi layihədir. Azərbaycan vətəndaşları bu festival zamanı xərclədiyi vəsaitin nəzərdə tutulan ƏDV-nin bir hissəsinin qaytarılmasına nail olacaq. Gözləyirik ki Azərbaycanda ilk dəfə tətbiq ediləcək bu sistem yaxşı nəticə verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/526711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR