"Bakı Marafonu - 2016"nın qalibi ailə qurur

"Bakı Marafonu - 2016"nın qalibi ailə qurur
13:37 16 Mart 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı Marafonu - 2016"nın qalibi Namiq Əsədov ailə həyatı quracaq.

Milli.Az bildirir ki, bu barədə report-a gənc idmançının özü məlumat verib.

Hazırda "Bakı Marafonu - 2017"nin təlimçisi olan N.Əsədov bildirib ki, toy mərasimi martın 18-də keçiriləcək. Onun sözlərinə görə, toyu ilə əlaqədar IV təlim həftəsinin vaxtı dəyişdirilib. Növbəti təlimlər həftəsonu deyil, 25 - 26 mart tarixlərində baş tutacaq.

Qeyd edək ki, "Bakı Marafonu - 2017"də iştirak etmək istəyənlər üçün Namiq Əsədovun rəhbərliyi ilə hər həfənin şənbə günləri qapalı, bazar günləri isə açıq hava məşqləri təşkil olunur. Aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017" saat 10:00-da start götürəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR