Özünü 17-ci mərtəbədən atan gənc yazarın intihar anı FOTOLARDA

Özünü 17-ci mərtəbədən atan gənc yazarın intihar anı FOTOLARDA
13:43 16 Mart 2017
313 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidləri gənc yazarın ölüm anını lentə alaraq göndəriblər. Görüntülərdən də göründüyü kimi, mərhum intihar etdikdən bir neçə dəqqiqə sonra hadisə yerinə təcili yardım maşını gəlib. Onun üstünün qəzetlə örtüldüyü görüntülərdə əksini tapıb.

Qeyd edək ki, intiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. (azxeber.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR