Bakıda silahlı şəxslər tutuldular

Bakıda silahlı şəxslər tutuldular
13:52 16 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bir gündə iki silahlı şəxs yaxalanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, martın 15-də Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Namiq Qafarovdan nömrəsi silinmiş "TT" markalı tapança və 3 ədəd patron götürülüb.

Həmin gün Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vasif Abbasovdan 4,726 qram tiryək, 8 ədəd 50 milliqramlıq tramadol, 1 ədəd 300 milliqramlıq pregavalin, 2 tropikamiddin polimer qabda olan maye, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 545 qram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR