"Azərişıq" iş rejimini dəyişdirdi

"Azərişıq" iş rejimini dəyişdirdi
14:03 16 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

ASC-dən Publika.az-a verilən məlumata görə, bu məqsədlə qurumun Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.

“Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.

Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199 – çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR