"Qalatasaray" azarkeşlərini kədərləndirəcək İDDİA

"Qalatasaray" azarkeşlərini kədərləndirəcək   İDDİA
14:07 16 Mart 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" azarkeşlərinin sevimlisi olan Fernando Muslera komandanı tərk edə bilər. Fanat.Az xəbər verir ki, yayda Asmir Beqoviçi "Bormut"a 10 milyon avroya satmağı düşünən "Çelsi" uruqvaylı qapıçıya elçi düşüb.


Məlumata görə, "Çelsi"nin qapıçılarla işləyn məşqçisi Kristof Lollikon bir müddətdi Musleranı izləyir və baş məşqçi Antoine Konteyə müsbət rəy verib. "Qalatasaray"ın qapıçısı üçün ən azı 15 milyon avro tələb edəcəyi deyilir.


Qeyd edək ki, Musleraya bundan əvvəl "Mançester Yunayted"in elçi düşdüyü deyilirdi. 


Onu da qeyd edək ki, "Qalatasaray" uruqvaylı qapıçını 2011-ci ildə "Latsio"dan 6,75 milyon avroya almışdı. Hazırda "Transfermarkt" ona 14 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-azarkelrini-kdrlndirck-t56962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR