Birinci qrup əlilin evi uçdu - UCARDA

Birinci qrup əlilin evi uçdu - UCARDA
14:29 16 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda birinci qrup əlilin evi uçub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Lək kəndində baş verib. Kənd sakini hər iki ayağını itirmiş ruhi xəstə, 1968-ci il təvəllüdlü Mikayıl  Abıl oğlu  Əhmədova məxsus bir mərtəbəli, iki otaqdan ibarət evin arxa divarı uçub.
 
Zərərçəkənin oğlu Elçin Əhmədov evin qəzalı vəziyyətdə olduğunu görüb son zamanlar baba evinə köçdüklərini deyib. Bu səbəbdən də hadisə zamanı xəsarət alan olmayıb.
Rayon İcra Hakimiyyətinin Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Əfqan Rəhimov hadisə yerinə baxış keçirib, məsələ ilə bağlı İH-nə məlumat verdiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR