"Beşiktaş" yunanlara, rusla Mourinyoya qarşı

"Beşiktaş" yunanlara, rusla Mourinyoya qarşı
14:37 16 Mart 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, baş tutacaq qarşılaşmalardan sonra 1/4 finala yüksələcək bütün komandaların adlarına aydınlıq gələcək.

 

8 oyundan 3-ü saat 22.00-da start götürəcək ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edəcək.

 

İstanbul təmsilçisi Yunanıstandan sərfəli nəticə ilə dönüb. Şenol Günəşin komandası səfərdə vurduğu qolun vəəldə olunan bərabərliyin verdiyi üstünlüklə növbəti tur axtarışında olacaq. “Qara qartal”a ən pis halda qolsuz bərabərlik də sərf edəcək.

 

“Selta” isə Rusiyaya heç də rahat yollanmayıb. Belə ki, “Krasnodar” səfərdə uduzsa da, “öküzlər”in də rəqib meydanda vurduğu qola görə şansları davam edir. Bu isə viqolulara rahatlaşmamağa əsas verir.

 

“Genk” - “Gent” cütlüyündə isə meydan sahibləri demək olar ki, turun taleyini həll ediblər.

 

Saat 00.05-də start götürəcək oyunlarda isə demək olar ki hər oyunda azarkeşlər gərgin rəqabətə şahidlik edəcəklər. Çünki ilk oyunlardan sonra aşkar üstün olan komanda yoxdur.

 

Avropa Liqası

1/8 final

Cavab görüşləri


16 mart

22.00 Beşiktaş (Türkiyə) - Olimpiakos (Yunanıstan)

İlk oyun - 1:1.

 

22.00 Krasnodar (Rusiya) - Selta (İspaniya)

İlk oyun - 1:2.

 

22.00 Genk (Belçika) - Gent (Belçika)

İlk oyun - 5:2.

 

17 mart

00.05 Borussiya (Mönhenqladbax, Almaniya) - Şalke 04 (Almaniya)

İlk oyun - 1:1.

 

00.05 Anderlext (Belçika) - APOEL (Cənubi Kipr) 

İlk oyun - 1:0.

 

00.05 Ayaks (Hollandiya) - Kopenhagen (Danimarka)

İlk oyun - 1:2.

 

00.05 Roma (İtaliya) - Olimpik (Lion, Fransa)

İlk oyun - 2:4.

 

00.05 Mançester Yunayted (İngiltərə) - Rostov (Rusiya)

İlk oyun - 1:1.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbeiktaquot-yunanlara-rusla-mourinyoya-qar-t56963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR