Bayramı bölgələrdə keçirmək istəyənlərin nəzərinə - REPORTAJ

Bayramı bölgələrdə keçirmək istəyənlərin nəzərinə - REPORTAJ
14:49 16 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

“Ağstafaya gedirəm. Hələ bilet ala bilməmişəm. Bilet var”.

 

"Şəmkir rayonuna gedirəm. Tələbəyəm. Hər dəfə rahatlıqla gəlib bileti əldə edə bilirik. Sadəcə, bayram ərəfəsidir deyə gecikmişik. İnşallah, ala bilərik, bayramda rayonda evimizdə olarıq”.

 

“Gəncəyə gedirəm. Martın 17-nə planlaşdırıram. Saat yarımdır növbədə gözləyirəm”.

 

Bayrama bir neçə gün qalıb. Novruz bayramını bölgələrdə, doğmalarının yanında keçirməyi planlaşdıranlar əvvəldən bilet alırlar. Həmişə bayram ərəfəsində olduğu kimi bu dəfə də Dəmiryolu vağzalının kassalarında və gözləmə zalında kifayət qədər sıxlıq var. Hər il olduğu kimi tələbat artdığına görə, Qərb bölgəsi istiqamətində hərəkət edən qatarlara əlavə vaqonların qoşulması nəzərdə tutulur.

 

"Azərbaycan Dövlət Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, əlavə vaqonlara bilet həmin gün satışa çıxarılacaq: “Bayramla əlaqədar bölgələrə gedən qatarlara 25-30 ədəd əlavə vaqonlar qoşulacaq. Bu, Tiflis istiqamətinə gedən qatarlara da aiddir. Əlavə qoşulan qatarlara bilet satışı həmin gün təşkil olunacaq. Sərnişinlər gedəcəkləri gün kassalara yaxınlaşıb bilet əldə etsinlər. Hal-hazırda bütün rayonlara gedən qatarlarda sıxlıq müşahidə olunur”.

 

Qeyd edək ki, bu bayram ərəfəsi sərnişinlər yenilikdən də faydalana biləcəklər. Belə ki, bilet satışı 2 saylı “ASAN Kommunal” mərkəzi vasitəsilə həyata keçirilir. Mərkəzin bölmə meneceri Rahil Həsənovun bayram günlərində biletlərə tələbatın iki dəfə artdığını deyib: “Xüsusilə də, Bakı-Ağstafa-Qazax, Bakı-Böyükkəsik və Bakı-Köçərli-Balakən istiqamətində sıxlıq gözlənilir. Normalda gün ərzində 1200-1300 bilet satılırdısa, bayramla əlaqədar 2300-2400 bilet satılır. Demək olar ki, 17-18 tarixlərinə biletlər qurtarıb. Bəzi istiqamətlər üzrə məhdud sayda yer qalıb”.

 

Bakı Beynəlxalq Avtovağzalının kassalarında isə əksinə, sıxlıq müşahidə olunmur. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev artıq martın 14-dən gücləndirilmiş iş rejiminə keçdiklərini deyib: "Martın 14-dən gücləndirilmiş iş rejiminə keçmişik. Bu rejim ayın 26-na qədər davam edəcək. Bayram günlərində, martın 17-də günorta saatlarından sonra,  18, 19 və 20 marta qədər sərnişin sıxlığının müşahidə ediləcəyi gözlənilir. Bununla əlaqədar olaraq, kənardan 200-ə qədər nəqliyyat vasitəsini reyslərə qoşmaq üçün dəvət etmişik. Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7-8 min sərnişin yola salınırdısa, bayram ərəfəsində 600 nəqliyyat vasitəsilə 16 mindən çox sərnişinin daşınması nəzərdə tutulub”.

 

Qeyd edək ki, avtobuslarla rayona getmək istəyən sərnişinlərin 50 faizi bileti onlayn sifariş yolu ilə əldə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR