Sabahdan bu yol bağlanır

Sabahdan bu yol bağlanır
15:05 16 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabahdan etibarən Bakı şəhərinin Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Milli.Az-a daxil olan məlumata görə, qeyd edilən yolda məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək. 

"Məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər", - deyə cəmiyyətin məlumatında bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR