Avropanın “qida rasizmi”

Avropanın “qida rasizmi”
15:18 16 Mart 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Avropanın vahid bazarı olmasına baxmayaraq, qitə ölkələrinin qida rasionunda böyük fərq yaranıb. Buna görə də Şərqi Avropa ölkələrinin vətəndaşları Qərbi Avropa ölkələri ilə müqayisədə daha keyfiyyətsiz məhsullar əldə etmələrindən narazıdırlar. Başqa sözlə, qida bərabərliyinə nail olmaq istəyirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstanın Qida Təhlükəsizliyinə Nəzarət Xidməti 24 eyni markadan olan məhsullar üzərində araşdırma aparıb. Bildirilir ki, Şərqi Avropaya ixrac olunan məhsulların tərkibində süni əlavələr daha çoxdur. Məsələn, Macar “Nutella”sı Avstriya və Alman məhsulundan dadına görə fərqlənir, fransız “Nutella”sı isə daha yumşaq və dadlıdır.

Bundan başqa Çexiya və Rumıniya “Sprite”larında fruktoza və qlükoza bol olduğu halda, Almaniyanın “Sprite”ında yalnız natural tərkib mövcuddur.

Odur ki, slovaklar, çexlər, macarlar, polyaklar marketlərdə ayrı-seçkiliklə üzləşmələrindən şikayətçidirlər. Polşa mətbuatı isə bu durumu “qida rasizmi” adlandırır.

Avropa İttifaqı problemi həll etmək əvəzinə şikayətlənən Şərqi Avropaya maraqlı cavab verib: “Məhsulun keyfiyyəti sizi qane etmirsə, almayın!”

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR