Moskva hələ SSRİ dağılmazdan əvvəl.. – MƏXFİ PLANIN TARİXİ

Moskva hələ SSRİ dağılmazdan əvvəl.. – MƏXFİ PLANIN TARİXİ
15:23 16 Mart 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

"Moskva hələ SSRİ-nin dağıılmasına qədər Krımı Ukraynadan almağa hazırlaşırdı".

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, Krımı tatarlarının liderlərindən olan Mustafa Cəmilov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya heç vaxt Krımın zəbt edilməsi planını dayandırmayıb.

“SSRİ dağılmazdan öncə bizim yanımıza Boris Yeltsinin millətlərarası münasibətlər üzrə müşaviri Qalina Starovoytova gəldi. O dedi ki, Rusiya sizin Məclisi Krım tatarlarının ali orqanı kimi tanımağa hazırdır və bizi Kremlə dəvət etdi. Biz Refat Çubarovla gəldik və gözləyirdik ki, bizi kimsə qəbul edəcək. Bu zaman bir nəfər qarşımıza çıxaraq dedi: “Biz Krım tatarlarına kömək etməyə hazırıq. Hazırda Məclisin tanınması haqqında fərmanı hazırlayırıq”. O, bizdən soruşur: “ Siz SSRİ-nin 1954-cü ildə Krımın Ukraynanın tərkibinə verilməsi ilə bağlı qərarın ləğvinə necə yanaşırsınız? Bu ki, qanunsuzdur. Axmaq Xruşşov heç kimdən heç nə soruşmayaraq, Krımı Ukraynaya verdi. Siz buna necə baxırsınız?”

Mustafa Cəmilovun cavabı isə bu şəkildə olub:

“Ümumiyyətlə Krımda həmişə hər şey yerli xalqın rəyi nəzərə alınmadan həyata keçirilib. Bizi deportasiya etdilər, soyqırıma məruz qoydular. Amma siz niyə 1954-cü ildən başlamağa qərar verdiniz? Gəlin, 1783-cü ildə Krımın Rusiyaya Krımın birləşməsi üzrə qanunsuz aktdan başlayaq. Bu qanunsuz zəbt idi”.

Ali Radanın deputatı bildirib ki, bununla da “dostluq” bitib:

“Axı əsas məqsəd Krımı Ukraynadan qopartmaq üçün bizdən razılıq almaq idi. Hərçənd ali rəhbərlik deyirdi ki, Ukraynaya qarşı ərazi iddiası yoxdur”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR