UNEC kollektivi Şağan müalicə pansionatında olub

UNEC kollektivi Şağan müalicə pansionatında olub
15:34 16 Mart 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

 

UNEC tələbələri Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən “Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nı ziyarət ediblər.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova  UNEC rəhbərliyi adından pansionat sakinlərini təbrik edib.

 

UNEC-də fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün mərkəz” barədə məlumat verən S.Qəndilova, universitetdə bu kateqoriyadan olan gənclərə xüsusi diqqətin olduğunu bildirib, onların cəmiyyətə adaptasiyası sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, bu məqsədlə mərkəz tərəfindən görülən tədbirlərdən danışıb.

 

İqtisad Universitetinin professor-müəllim heyətinin də qatıldığı Novruz şənliyində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri mahnılar oxuyub, şeirlər səsləndiriblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR