Televiziyalarda bu verilişlər bağlanacaq

Türkiyə televiziyalarında evlilik verilişləri bağlanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə baş nazirin müavini Numan Kurtulmuş Malatya səfəri zamanı deyib. O qeyd edib ki, belə verilişlər türk xalqının adət-ənənələrinə ziddir:

"Reytinq xatirinə, külli miqdarda gəlir üçün yayımlan verilişlərdə türk xalqına, adət-ənənələrinə zidd hərəkətlər müşahidə edilir. 120 mindən çox tamaşaçı həmin verilişlərlə bağlı Televiziya və Radio Qurumuna şikayət yollayıb".

Numan Kurtulmuş bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyini də əlavə edib. Yeni qanun qəbul ediləcəyi gözlənilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR