Atasını öldürən 5 yaşlı uşağa anası kömək edib? - ŞOK DETAL

Atasını öldürən 5 yaşlı uşağa anası kömək edib? - ŞOK DETAL
16:22 16 Mart 2017
240 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada 5 yaşlı uşağın "oğru-polis" oyunu oynayarkən pnevmatik tüfənglə atasını vuraraq öldürdüyü iddia olunan hadisə ilə bağlı şok detal üzə çıxıb.

Xatırladaq ki, Adanada 7 fevral tarixində axşam saatlarında Çukurova mahalı Yurd məhəlləsində iddiaya görə, oğru-polis oyunu oynayarkən Əhməd Esen (36), 5 yaşlı oğlu M.A. tərəfindən pnevmatik tüfənglə vurularaq öldürülmüşdü.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisədən sonra Respublika Prokurorluğunun təlimatı ilə Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları istintaq başladıb. İstintaq çərçivəsində ana Fikriyə Figen Esen, ata Ahmet Esen və atanı öldürdüyü iddia edilən 5 yaşlı M.A.-nın əl izləri götürülüb.

Ana Fikriyə Figen Esen ifadəsi zamanı bunları bildirib:

"O gün axşam yoldaşım yataq otağında pnevmatik tüfəngi gətirdi, doldurub sildi. Bir güllə içindən çıxmadı. Həyat yoldaşım bir müddət onu çıxarmaqla məşğul oldu, daha sonra tüfəngi yerə qoydu. Həyat yoldaşım və oğlum bir müddət sora "oğru-polis" oyunu oynamağa başladı. Oğlum bir az oynadıqdan sonra tüfəngi götürmək istədiyini söylədi. Mən və qızım da tüfəngi oğluma verdik. Həyat yoldaşım telefonla danışırdı, oğlum da yoldaşıma "dur, polis" dedi. Yoldaşım əlini qaldırdı, mən tüfəngin qundağından tuturdum ki, birdən tüfəngdən atəş açıldı və yoldaşım vuruldu. Mən tətiyi basmadım. Yalnız tüfəngin qundağından tutmuşdum".

5 yaşlı M.A. isə ifadəsində tətiyi anasının basdığını deyib.

Polis mərhumun, həyat yoldaşının və 5 yaşlı oğlanlarının əl izləri ilə bağlı ekspert qrupunun cavabını açıqlayıb. Məlum olub ki, ana və uşaq nə silahı tutub, nə də atəş açıblar. 

Ehtimallar Əhməd Esenin intihar etdiyinə yönəlib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR