Mətanət aparıcıları qınadı: "Bunları döyəsən, sonra da..." - VİDEO

Mətanət aparıcıları qınadı: "Bunları döyəsən, sonra da..." - VİDEO
16:24 16 Mart 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Mətanət Əsədova bəzi aparıcılardan gileylənib. Lent.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişdə qonaq olan ifaçı bildirib ki, bacısı dünyasını dəyişəndən sonra mətbuatın ona baxış tərzi dəyişib: “Mən çox verilişlərə getmirəm. Bir də görürsən, efirə dəvət edirlər, dəxilsiz sual verirlər. Sonra da deyirlər, niyə aqressivsiniz? Keçmişdən suallar verirlər, adamın əsəblərini oynadırlar. Gərək bir dəfə bu aparıcıları döyəsən, sonra dayanalar. Fatimə ilə mən ayrı-ayrılıqda sənətkar adını almış insanlarıq. Bizimlə bir az ehtiyatlı, mədəni davransınlar. Nəyinsə hesabına bu sənətə gəlməmişik. Bir müğənni sənətə gəldiyi gündən səsi ilə sənətkar adını qazanıbsa, onunla sənətkar kimi davranmaq lazımdı. Mən efirə çıxanda bacımın rəfiqəsi yanına dərman qoyur, görəsən indi bunun qanın kim qaraldacaq? Görün bu aparıcılar, aparıcılıqdan başı çıxmayanlar, nələr yaradıb? Nə olar ki, siz insanların kefini açasınız. Mənim bacım dünyasını dəyişməyənə qədər aparıcılar, media nümayəndələri məndə nəsə bir pis nüans tapmamışdılar. Hər zaman ifamdan, gözəlliyimdən, nitq qabiliyyətimdən danışırdılar. Bacım dünyasını dəyişəndən sonra elə bil, bu medianın əlinə düşmən düşdü. Olmaz, mən də bu xalqın övladıyam. Hansı övlad, hansı ki, bu səsə görə, böyükdən-balacaya səslərini qurban verərlər. Mən belə səsin sahibiyəm. Məni istəməyənlərə deyirəm ki, Allah sizi o qədər çox istəsin ki,  mən yaddan çıxım. Qarğış etməyə dilim gəlmir”.

Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:30-da “APA TV”-də yayımlanır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR