Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilinfevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1% faiz artıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR